ARTİ ilə ADPU-nun Tarix fakültəsinin 1 və 2-ci kurs magistrları arasında görüş baş tutub

Tarix: 14.03.2023
Paylaş:

13 mart 2023-cü il tarixində ARTİ ilə ADPU-nun Tarix fakültəsinin 1 və 2-ci kurs magistrları arasında görüş baş tutub.

Görüşdə ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri professor Hümeyir Əhmədov və şöbə əməkdaşı Aynur Əlimuradova, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva, kafedranın müəllimləri: pedaqogika elmləri doktoru, professor Mübariz Əmirov, dos. Dəyanət Musayev, tarix üzrə fəlsəfə doktoru Sevil Bəhramova və magistrlar iştirak ediblər.

Görüşün mahiyyətindən bəhs edən professor Mübariz Əmirov tədqiqatın eksperimentə cəlb olunması barədə magistrları məlumatlandırıb.

Daha sonra professor Hümeyir Əhmədov magistrlara elmi tədqiqat aparmağın yolları barədə əhatəli məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

2023-cü il üzrə doktorantura və dissertanturaya qəbul ərəfəsində baş tutan görüş zamanı ARTİ əməkdaşı Aynur Əlimuradova ölkədə elmi kadr hazırlığı məsələləri, Təhsil İnstitutunun doktorantura və dissertantura hazırlığı üzrə qəbul proqramlarından danışıb və təhsilini doktoranturada davam etdirmək istəyən iddiaçılara uğurlar arzu edib.