ARTİ Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar start götürən “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyasına qoşulub

Tarix: 15.03.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar start götürən “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyasına qoşulub.

15 mart 2023-cü il tarixində ARTİ-nin tabeliyində olan Metodik dəstək və peşəkar inkişaf mərkəzinin həyətində 150 ağac əkilib. Ağacəkmə kampaniyasında ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavinləri Ülkər Babayeva, Aytən Zamanova, İlham Cavadov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva və ARTİ-nin digər əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, sözügedən kampaniya çərçivəsində ölkə üzrə ümumilikdə 100 min ağacın əkilməsi nəzərdə tutulur.