Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub

Tarix: 16.03.2023
Paylaş:

11 mart 2023-cü il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub.

Seçmə imtahanı nəticəsində olimpiadada ölkəmizi təmsil edəcək milli komanda üzvləri seçilib.

Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Dəniz Səttarlı, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 4 nəfər şagird ölkəmizi təmsil edəcək.

Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir. Şagirdlərimizə olimpiadada uğurlar arzu edirik!