ARTİ tərəfindən təcrübəçi tələbələr üçün təlim və seminarlara başlanılıb

Tarix: 31.03.2023
Paylaş:

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən təcrübəçi tələbələr üçün təlim və seminarlara başlanılıb.

Seminar və təlimlər ARTİ-də təcrübə keçən Qərbi Kaspi və Bakı Avrasiya universitetlərinin tələbələri üçün onların şəxsi inkişaflarına dəstək məqsədilə həyata keçirilir.

İlk təlim “Soft Skills” modulu üzrə “Effektiv ünsiyyət” mövzusunda olub. Təlim müddətində kommunikasiya növləri, ünsiyyət zonası, effektiv kommunikasiyaya mane ola biləcək müxtəlif səbəblərlə bağlı tələbələrlə geniş müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təcrübəçi tələbələr üçün təşkil edilən təlim və seminarların mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.