“Kəsrlər. Sadə və mürəkkəb tənliklər” mövzusunda vebinar keçiriləcək

Tarix: 03.04.2023
Paylaş:

ARTİ sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

Növbəti vebinar 7 aprel tarixində saat 16:00-da “Kəsrlər. Sadə və mürəkkəb tənliklər” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində “Kaspi” liseyinin ibtidai sinif müəllimi, “Dərs vaxtı” layihəsinin iştirakçısı, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I Qrant Müsabiqəsinin fərdi kateqoriyalar üzrə qalibi, oxuyub-anlama və beynəlxalq qiymətləndirmələr üzrə təlimçi və marker həmçinin, bir sıra qiymətləndirmə vəsaitlərinin müəllifi Nigar Vəliyevadır.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.