Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçiriləcək

Tarix: 03.04.2023
Paylaş:

30 aprel 2023-cü il tarixində Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi  keçiriləcək. Hər 2 müsabiqədə iştirak üçün onlayn qeydiyyat prosesinə yaxın günlərdə start veriləcək. 

Qeyd edək ki, Məktəblilərarası fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII  sinif şagirdləri fizika, kimya və biologiya fənni üzrə iştirak edə bilərlər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir.

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq , onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. 

Müsabiqələrin növbəti mərhələlərinin keçirilməsi isə may və iyun aylarında planlaşdırılır.