“İbtidai sinif müəllimlərinin I forumu” keçiriləcək

Tarix: 11.04.2023
Paylaş:

15 aprel tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən “İbtidai sinif müəllimlərinin I forumu” keçiriləcək.

Forumda iştirak edəcək spikerlərdən ARTİ MDPİM-in əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova müəllimləri “Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında metodika və pedaqogika üzrə qiymətləndirmə” mövzusu barədə məlumatlandıracaq.

Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

Qeyd: Forum onlayn şəkildə, zoom platforması vasitəsilə keçiriləcək. İştirak etmək istəyənlər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:

https://chat.whatsapp.com/BZIFLXlNmST8vfKAx01IUX