ARTİ təhsilverənlərin sertifikatlaşdırılma prosesinə dəstək məqsədilə vebinarlar təşkil edir.
Növbəti vebinar 14 aprel tarixində saat 16:00-da “Mürəkkəb cümlə” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn koordinatoru, 2022-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçısi” döş nişanına layiq görülən İslamlı Tamilla çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.