RFO üzrə respublika mərhələsinin final turunun keçiriləcəyi tarixlər və məkanlar bəlli oldu

Tarix: 14.04.2023
Paylaş:

Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turu aşağıda qeyd olunan tarixlərdə təşkil olunacaq:

2 may tarixində fizika və coğrafiya fənləri üzrə,
3 may tarixində riyaziyyat fənni üzrə,
4 may tarixində biologiya fənni üzrə,
6 may tarixində Azərbaycan dili və ədəbiyyat, tarix və informatika fənləri üzrə,
10 may tarixində isə kimya fənni üzrə Respublika fənn olimpiadalarının final turu keçiriləcək.

Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlanacaq.

İnformatika fənni üzrə yuxarı yaş qrupu (10-11-ci siniflər) ADA Universitetində (Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi 61), informatika fənni üzrə aşağı yaş qrupu üzrə (8-9-cu siniflər) isə Bakı Ali Neft Məktəbinin Bayıl korpusunda (Yeni Salyan yolu 3-cü km, 25, Səbail rayonu, Bibiheybət qəsəbəsi), digər fənlər isə Hyatt Regency hotelində (Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 6) təşkil olunacaq.

Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini 25-28 aprel tarixlərində portal.edu.az saytında şəxsi kabinetlərindən əldə edə bilərlər.

Olimpiadaların final mərhələsinə gələrkən şagirdlərdən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi gətirmələri xahiş olunur.

Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq.