ARTİ tərəfindən təkrar sertifikasiyada iştirak edəcək müəllimlərə dəstək məqsədi ilə “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə təlimlər həyata keçirilir.
Təlimlərə mart ayından etibarən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionlarına tabe olan rayonlarda, müəllimlərin yaşayış yerlərini nəzərə alaraq müəyyənləşdirilmiş təlim mərkəzlərində başlanılıb. Qeyd edək ki, 2500 nəfərə qədər ibtidai sinif müəllimi bu təlimlərdə iştirak edir.
Müəllimlərin təlim ehtiyaclarını nəzərə alaraq hazırlanmış proqramda Azərbaycan dili və riyaziyyat fənlərinin məzmun xətləri üzrə lazımi bilik və bacarıqların təkmilləşdirilməsi nəzərdə tutulub.