“Ölçmə” mövzusunda vebinar keçiriləcək

Tarix: 17.04.2023
Paylaş:

ARTİ təhsilverənlərin sertifikatlaşdırılma prosesinə dəstək məqsədilə vebinarlar təşkil edir.

Növbəti vebinar 20 aprel tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Ölçmə” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri İ. Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.