12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında məktəblilərimiz parlaq qələbə qazanıblar

Tarix: 18.04.2023
Paylaş:

13-19 aprel 2023-cü il tarixlərində Sloveniyanın Portoroz şəhərində 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. 57 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 “Həvəsləndirici Mükafat” qazanıblar. Belə ki, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin XI sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı isə “Həvəsləndirici Mükafat” sertifikatına layiq görülüblər.

Fidan Qarayeva mümkün 42 balı toplamaqla yarışda ən yüksək nəticə göstərən 14 iştirakçıdan biri olub.