Avropa Qızlar Riyaziyyat Olimpiadasının mükafatlandırma mərasimi baş tutub

Tarix: 19.04.2023
Paylaş:

18 aprel tarixində Sloveniyanın Portoroz şəhərində keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasının mükafatlandırma mərasimi baş tutub.

Qeyd edək ki, adıçəkilən olimpiadada ölkəmizi Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdləri Sevinc Mahmudova, Fidan Cəfərli və Səfurə Ramizqızı təmsil edib. Məktəblilərimizdən Fidan Qarayeva mümkün 42 balı toplayaraq qızıl medala layiq görülüb. Eyni zamanda, Sevinc Mahmudova bürünc medala, digər iki şagirdimiz isə “Həvəsləndirici Mükafat” sertifikatına layiq görülüblər.

Bir daha bu münasibətlə şagirdlərimizi təbrik edirik.