“Optimal Solutions” MMC-nin təlim mərkəzi tərəfindən təlimlərin keçirilməsinə start verilib

Tarix: 20.04.2023
Paylaş:

ARTİ-nin doktorantları və müvafiq şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə “Optimal Solutions” MMC-nin təlim mərkəzi tərəfindən təlimlərin keçirilməsinə start verilib. Qeyd edək ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda nəşr olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub. Layihənin əsas məqsədi isə Azərbaycanda təhsil sahəsində yüksək keyfiyyətli tədqiqatlarının artmasına nail olmaqdır.

Təlimlər ümumilikdə 27 nəfərdən ibarət 2 qrup üçün “Akademik yazı”, “Tədqiqat metodları” və “Statistik və analitik təhlil” modullarından ibarət olacaq.

10 aprel tarixində başlayan “Akademik yazı” təlimləri hal-hazırda davam edir.

Təlimləri “Optimal Solutions” MMC-nin təlimçisi və eyni zamanda ADA Universitetinin baş müəllimi, Dövlət idarəetməsi üzrə bakalavr və magistr proqramının direktoru vəzifəsində çalışan Lalə Cumayeva tədris edir.

Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunacaq.