18 aprel tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində çalışan ibtidai sinif, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.
Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.
Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.