“Azərbaycan dili və ədəbiyyat müəllimlərinin I forumu” keçiriləcək

Tarix: 25.04.2023
Paylaş:

27 aprel 2023-cü il tarixində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən “Azərbaycan dili və ədəbiyyat müəllimlərinin I forumu” keçiriləcək.

Forumda iştirak edəcək spikerlərdən ARTİ MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova iştirakçıları “Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında metodika və pedaqogika üzrə qiymətləndirmə çərçivəsinin izahı” mövzusu barədə məlumatlandıracaq.

Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

Qeyd: Forum onlayn şəkildə keçiriləcək. Forum haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı qeydiyyat linkindən keçə bilərsiniz.

Qeydiyyat linki:  https://chat.whatsapp.com/JvLeZ3O8mty5YaYcOHNCZu