Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı dəstək xarakterli görüşlər davam edir

Tarix: 25.04.2023
Paylaş:

19 aprel tarixində Şəki – Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair görüş təşkil olunub.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.