26 aprel tarixindən etibarən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.
Qeyd edək ki, 30 aprel 2023-cü il tarixində ümumtəhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası və VI,VII sinif şagirdləri arasında Məktəblilərarası fənn müsabiqələri keçiriləcək.