Beynəlxalq Mendeleyev Kimya Olimpiadasına hazırlıqla əlaqəli laboratoriya dərsləri keçirilib

Tarix: 28.04.2023
Paylaş:

Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi uğurla təmsil edirlər. 30 aprel-7 may 2023-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi 5 nəfər şagird təmsil edəcək.
Bildiririk ki, beynəlxalq olimpiada mərkəzində şagirdlərə il ərzində nəzəri dərslər keçirilib. Bundan əlavə, praktiki biliklərin daha dərindən mənimsənilməsi üçün 19, 20, 25, 26, 27 aprel 2023-cü il tarixlərində UFAZ-da laboratoriya dərsləri təşkil olunub.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi ARTİ tərəfindən həyata keçirilir.

Bütün şagirdlərə uğurlar arzu edirik!