Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçirilib

Tarix: 01.05.2023
Paylaş:

30 aprel 2023-cü il tarixində respublikanın bütün şəhər və rayonlarında Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçirilib.

Şagirdlər 8 may 2023 -cü il tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumtəhsil müəssisələrinin V sinif şagirdləri, Məktəblilərarası fənn müsabiqələri isə VI, VII sinif şagirdləri üçün təşkil olunur.