Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair görüşlər davam edir

Tarix: 01.05.2023
Paylaş:

28 aprel tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimlər ilə sertifikatlaşdırma prosesinə dair görüş təşkil olunub.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib.

Görüş müddətində müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.