RFO-nun respublika mərhələsinin final turu fizika və coğrafiya fənləri üzrə keçirilib

Tarix: 02.05.2023
Paylaş:

2 may 2023-cü il tarixində Hyatt Regency hotelində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turu fizika və coğrafiya fənləri üzrə keçirilib.

Fizika fənni üzrə 122 nəfər, coğrafiya fənni üzrə 121 nəfər, ümumilikdə isə 243 nəfər şagird imtahanda iştirak edib.

Olimpiadanın ilkin nəticələri imtahan günü və ya bir gün sonra axşam www.olimpiada.edu.az saytında elan olunacaq. Şagirdlərin yazı işlərinə baxış prosesi (koordinasiya) qrafiki də ilkin nəticələr elan olunan linkdə paylaşılacaq. Olimpiadanın imtahan günləri Hyatt Regency hotelində, yoxlama və koordinasiya prosesi isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında icra olunacaq. 

RFO üzrə bütün finalçıları təbrik edir və uğurlar arzulayırıq.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.