Məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının ilkin mərhələsinin nəticələri elan olunub

Tarix: 08.05.2023
Paylaş:

30 aprel 2023-cü il tarixində keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının ilkin mərhələsinin nəticələri elan olunub!

Şagirdlər nəticələrini portal.edu.az saytı vasitəsilə şəxsi kabinetlərindən və təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər. Qeyd edək ki, hər bir fənn üzrə iştirakçıların ən yüksək nəticə göstərmiş 20 faizi yarımfinal turuna vəsiqə qazanıb. 

Yarımfinal turu may ayının 20-də təşkil olunacaq. Yarımfinal turunun buraxılış vərəqələri yaxın günlərdə şəxsi kabinetlərə yüklənəcək. 

Fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə fizika, kimya və biologiya fənləri üzrə iştirak ediblər. Lütfi Zadə olimpiadası isə V sinif şagirdləri arasında təşkil olunub. 

Fənlər üzrə keçid balı aşağıdakı kimi müəyyənləşib:

Riyaziyyat – 46

İnformatika – 45

Fizika – 43

Kimya – 52,5

Biologiya – 28,5 

Lütfi Zadə olimpiadası – 18,25 

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində Azərbaycan Respublikasının Təhsil İnstitutuna (office@arti.edu.az) edilə bilər.