ARTİ MDPİM tərəfindən 66 pilot məktəbin direktor müavinləri üçün təşkil edilən təlimlər başa çatıb

Tarix: 10.05.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən 66 pilot məktəbin direktor müavinləri üçün təşkil edilmiş təlimlər başa çatıb.

Təlimlər Elm və Təhsil Nazirliyinin pilot layihəsi olan “Regionlarda müasir metodik xidmətin təşkili” üzrə regional təhsil idarələri tərəfindən müəyyənləşdirilmiş məktəblərdə prosesin səmərəli təşkili və icra olunmasına kömək məqsədilə təşkil edilib.

6-7 mayda keçirilən son təlimlərdə layihəyə cəlb edilmiş direktor müavinlərinə  sinfin idarəedilməsi, sinifdə sağlam sosial-psixoloji və mənəvi-psixoloji mühitin yaradılması, yumşaq bacarıqlar, qısnama (bullinq) mövzularına dair təlimlər keçirilib və onlarla birgə mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, ölkə üzrə seçilmiş pilot məktəblərdə metodik xidmətin səmərəli təşkili üzrə layihələrin 2023-2024-cü tədris ilində də davam etdirilməsi nəzərdə tutulur.