11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda doktorantura və dissertanturada təhsil almaq üçün sənəd təqdim etmiş iddiaçılar üçün açıq qapı günü keçirilib.
İlk olaraq institutun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov Təhsil İnstitutunda doktorantura və dissertantura hazırlığı barədə geniş məruzə edərək, doktorantura və dissertanturaya onlayn müraciət qaydaları ilə bağlı təlimatları izah edib, sənəd qəbulu prosesi zamanı iddiaçıların rast gəldiyi problemlərin həlli ilə bağlı istiqamətlər verib.
Daha sonra iddiaçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2023-cü il üçün doktorantura və dissertanturaya sənəd qəbulu hələ də davam edir. Sənədlərin təqdim edilməsi üçün son tarix 16 may 2023-cü ildir.