“İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə təlimlər davam edir

Tarix: 11.05.2023
Paylaş:

Sertifikatlaşdırma imtahanı nəticəsində müəyyən olunmuş ehtiyaclara uyğun olaraq müəllimlərin pedaqoji səriştəsinin artırılmasına, ümumtəhsil məktəblərində  tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən təlimlər davam edir.

Cari ildə təkrar sertifikatlaşdırma imtahanında iştirak edəcək ibtidai sinif müəllimlərinə dəstək məqsədilə “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə təlimlərə müəllimlər böyük həvəs göstərir.

Mart ayından etibarən başlanan təlimlər Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional təhsil idarələrinin tabeliyində olan təhsil müəssisələrinin müəllimləri cəlb edilib. Təlim  proqramı sertifikatlaşdırılma imtahanının məzmununa uyğun olaraq müəllimlərin təlim ehtiyacları əsasında hazırlanıb. 

Adıçəkilən təlimə cəlb olunan müəllimlər prosesdən çox razı qaldıqlarını bildirirlər. Təlimin səmərəli təşkili, məzmunun ehtiyaclara uyğun olması, həmçinin təlim keçirilən məkanların müəllimlərin iş və yaşayış yerlərinə yaxın olması müəllimlərin məmnunluğuna səbəb olmuşdur. 

Məlumat üçün bildiririk ki, təlimlər, əsasən, ötən tədris ilində sertifikatlaşdırılma imtahanında yüksək nəticə göstərən müəllimlər tərəfindən keçirilir. Bu da müəllimlərə fəaliyyətlərini səmərəli qurmaq üçün daha da stimul verir.

Qeyd edək ki, təlimlər müəllimlərin iş və ya yaşayış yerlərinə yaxın mərkəzlərdə təşkil olunub.