Buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılır

Tarix: 15.05.2023
Paylaş:

Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılır.

15 maydan etibarən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edək ki, 20 may 2023-cü il tarixində ümumtəhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası, VI,VII sinif şagirdləri arasında isə Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu keçiriləcək.