Kimya fənni üzrə Respublika Fənn Olimpiadalarının qalibləri elan edilib

Tarix: 15.05.2023
Paylaş:

Kimya fənni üzrə Respublika Fənn Olimpiadalarının yoxlama və koordinasiya (şagirdin və münsiflər heyətinin iştirakı ilə yazı işlərinin müzakirəsi) mərhələsi yekunlaşıb və təşkilat komitəsinin qərarı ilə qaliblər müəyyən edilib. Belə ki, hər iki yaş qrupu üzrə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medala layiq görülüblər. 

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”-ın dəstəyi ilə təşkil edilir.

Qalibləri təbrik edir və bütün finalçılara uğurlar arzulayırıq. 

Yekun cədvəl aşağıda təqdim olunub:

KİMYA FƏNNİ ÜZRƏ YEKUN CƏDVƏL