İnstitusional inkişaf və potensialın artırılması üzrə kiçik ekspert axtarılır

Tarix: 18.05.2023
Paylaş:

Vəzifə: İnstitusional inkişaf və potensialın artırılması üzrə kiçik ekspert 

Layihə: “Azərbaycanda Təhsil Sisteminin Dayanıqlığının Gücləndirilməsi və AzMKÇ 5-ci Səviyyə Kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” layihəsi

Layihə haqqında məlumat:

Azərbaycan təhsil sistemində islahatlar davam etməkdədir. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri elan edilib. Strateji və uzunmüddətli məqsəd ölkənin təhsil siyasətini onun dəyişən demoqrafik göstəricilər, 21-ci əsrdə rəqabət aparmaq üçün tələb olunan bacarıqlarla uyğunlaşdırmaq və maliyyə resurslarını səmərəli şəkildə bölüşdürməkdir. Sözügedən layihə çərçivəsində Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinə daxil olan orta ixtisas və yüksək texniki peşə təhsili (subbakalavr) üzrə təhsil və təlimin gücləndirilməsi və bu istiqamətdə inkişafa töhfə vermək məqsədilə Azərbaycanda müvafiq qurumlara əsaslı dəstəyin göstərilməsi nəzərdə tutulub. Bu layihə Azərbaycanda cari təhsil sisteminin Milli Kvalifikasiyalar Çərçivəsinə (AzMKÇ) uyğunlaşdırılması və davamlı təkmilləşdirmənin təşviqi istiqamətində atılmış vacib bir addım hesab olunur.

Layihənin məqsədi:

Layihənin ümumi məqsədi ömürboyu öyrənmə kontekstində peşə təhsili və təlimi də daxil olmaqla təhsil sisteminin modernləşdirilməsinə və keyfiyyətinə töhfə verməkdir.

Vakansiya barədə:

Azərbaycandakı komandamıza qoşulmaq üçün yüksək motivasiyalı “İnstitusional inkişaf və potensialın artırılması üzrə kiçik ekspert” axtarırıq. Ekspertin layihə müddətində işçi qrupları daxilində fəaliyyətlərin həyata keçirilməsi prosesində iştirak etməsi gözlənilir. Müvafiq sənədlərin yaradılmasında iştirak etmək, cari təcrübələrin, hüquqi və strateji çərçivə sənədlərinin və resurs qiymətləndirmələrinin təhlillərini aparmaq kiçik eskpertin işinin əsas hissəsini təşkil edəcəkdir.

Tələb və vəzifələr:

“İnstitusional inkişaf və potensialın artırılması üzrə kiçik ekspert” aşağıdakı vəzifələrdən cavabdeh olacaqdır:

• İşçi və təlim qrupları üçün onlayn sorğuların tərtib edilməsi, cavabların təhlili, fokus qrup görüşlərinin keçirilməsi və hər bir qrup üçün hesabatın yaradılması;

• İşçi və təlim qrupları üçün bacarıqların artırılması və təlim proqramlarının hazırlanmasında iştirak etmək;

• Dəvətlərin çatdırılması, iştirakçıların siyahısını yeniləmək, iclaslarda iştirak etmək, rəylər və qiymətləndirmə sənədlərini toplamaq, onları təhlil etmək və qısa hesabatlar hazırlamaq, işçi qrupları ilə görüşləri və təlim seminarlarını təşkil etmək;

• İşçi qrupunun iclasları və təlimləri ilə bağlı sənədləri, o cümlədən protokolları və iştirakçıların siyahılarını arxivləşdirmək və layihənin hədəflərinə nail olmaq üçün qrup üzvlərinin aktiv iştirakını izləmək; 

• İşçi qruplarının və təlim qruplarının üzvlərinə görüşlər və seminarlar arasında sonrakı fəaliyyətlərini yerinə yetirməkdə dəstək olmaq, sonrakı fəaliyyətlərin uçotunu aparmaq;

• Mövcud sənədlər, hüquqi baza və təcrübəni təhlil etməklə sözügedən fəaliyyət istiqaməti çərçivəsində əsas sənədlərin, o cümlədən data analitikası strategiyasının, şagirdlərin qiymətləndirilməsi üzrə Milli Çərçivənin, müəllimlərin peşəkar inkişafı üzrə modellərin, müəllimlərə metodiki dəstəyin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun  ortamüddətli strategiyasının hazırlanmasına dəstək olmaq; 

• Fəaliyyət istiqaməti çərçivəsində ümumtəhsil məktəblərində 4-cü sinfin sonunda şagirdlərin ümummilli test imtahanının sınaq mərhələsinin təşkilinə dəstək vermək;

• Kurikulumun inkişafı üzrə potensialın gücləndirilməsi üzrə təlim paketinin təkmilləşdirilməsini daha da gücləndirmək üçün təlimlərdən sonrakı hesabatların hazırlanmasına dəstək göstərmək; 

• Müəllimlərin işə qəbulunun və sertifikatlaşdırılma imtahanlarının pilot olaraq yeni üsulla həyata keçirilməsinə dəstək;

• Funksional və təşkilati təhlillərin metodologiyasının işlənib hazırlanması prosesində iştirak etmək və Təhsil İnstitutunun əsas işçiləri ilə fokus qrup görüşləri və müsahibələr vasitəsilə təhlillərin aparılması prosesinə dəstək vermək;

• Həmçinin, strateji inkişaf prosesini dəstəkləmək, təlim ehtiyaclarının təhlilini aparmaq, seminarlarda və təlim fəaliyyətlərində iştirak etmək, qeydlər aparmaq və rəyləri təhlil etmək.

Minimum tələblər:

• Təhsil, sosial elmlər və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;

• İngilis və Azərbaycan dillərini səlis bilmək (şifahi və yazılı);

• Ən azı 5 il ümumi iş təcrübəsi, bunun ən azı 3 ili təhsil/təlim sektorunda;

• Aşağıdakı sahələrdən ən azı biri üzrə təhsil sahəsində minimum 2 illik müvafiq iş təcrübəsi: ümumi təhsil, tələbələrin qiymətləndirilməsi, kurikulumun və ya dərsliklərin hazırlanması; müəllimlərin davamlı peşəkar inkişafı, müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması, təhsil tədqiqatları; təhsildə keyfiyyətin təminatı;

• Aşağıdakı sahələrdən ən azı birində minimum 2 il iş təcrübəsi: təlimlərin təşkili və ya təlim/dərslik/tədris materiallarının hazırlanması;

• Ən azı 2 il potensialın artırılması üzrə iş təcrübəsi, Azərbaycanda təhsil sektorunda təlimlərin təşkili təcrübəsi üstünlükdür;

• Beynəlxalq təşkilatlar və ya Aİ tərəfindən maliyyələşdirilən layihələrdən əldə edilən təcrübə;

• Yüksək səviyyədə analitika, ünsiyyət və təqdimat bacarıqlarının olması.

İnzibati məlumat:

Polşanın EPRD şirkətinin rəhbərlik etdiyi konsorsium ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi arasında bu layihənin həyata keçirilməsi üçün müvafiq müqavilə imzalanmışdır və sözügedən layihə qeyd olunan konsorsium tərəfindən icra olunmaqdadır. Layihənin icra müddəti 34 aydır və 2023-cü ilin fevral ayından start verilib.

Sözügedən namizəd Bakıdakı layihə ofisində internet, printer və surətçıxarma aparatı da daxil olmaqla iş yeri ilə təmin olunacaqdır. Bu tapşırığın icrası zamanı ekspertin şəxsi kompüterindən istifadə etməsi gözlənilir.

Vakansiyaya müraciət etmək üçün namizədlərdən mövzu hissəsində  “İnstitusional inkişaf və potensialın artırılması üzrə kiçik ekspert” qeyd etməklə öz CV-lərini office@innoveta.az e-poçt ünvanına göndərməkləri xahiş olunur.

Müraciət üçün son tarix: 20 may 2023-cü il, saat 18:00.

Qeyd: Vakansiyanın ingilis dilində olan versiyası ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://bit.ly/3Io4M6B