Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı məlumat

Tarix: 18.05.2023
Paylaş:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat şəxsi kabinetlərə göndərildi !

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Qeyd edək ki, 20-23 iyun tarixlərində ibtidai sinif, 24 iyun tarixində isə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən təhsilverənlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

Bütün müəllimlərə uğurlar arzulayırıq!