Elm və Təhsil Nazirliyinin dəstəyi, ARTİ və Sinqapurun Marşal Kavendiş İnstitutunun təşkilatçılığı ilə riyaziyyat fənni üzrə dərslik müəllifləri və ekspertləri üçün olan təlimlər başa çatıb.
Təlimdə riyaziyyat dərsliklərinin məzmunu və qiymətləndirilməsi ilə bağlı müasir elmi-metodiki yanaşmalar barədə təcrübə mübadiləsi aparılıb, iştirakçılar tərəfindən dərs nümunələri hazırlanaraq qiymətləndirilib.
Qeyd edək ki, təlimdə yerli və xarici dərslik nümunələri təhlil olunub.