“Metodik görüş” adlı yeni proqrama start veriləcək

Tarix: 25.05.2023
Paylaş:

26 may tarixindən “Metodik görüş” adlı yeni proqrama start veriləcək. Əsas məqsəd müəllimlərə metodika ilə bağlı vacib məqamlarda dəstək olmaqdır. Proqramda metodika ilə bağlı toxunulacaq məqamlar sertifikasiyada və Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edəcək müəllimləri də dəstəkləyir.

Proqram metodika üzrə mütəxəssis Aynur Rüstəmovanın təqdimatında baş tutacaq. Hər həftənin cümə günü saat 20.00-da “T-Network”ün “Facebook” səhifəsində canlı yayımlanacaq “Metodik görüş”ə qoşula bilərsiniz.

İlk mövzu “Effektiv müəllim- şagird münasibətləri necə qurulmalıdır?” sualının cavabına həsr edilib.