Doktorantura və dissertantura üzrə xarici dil və fəlsəfə doktoru imtahanlarına qoyulan tələblər açıqlanıb

Tarix: 26.05.2023
Paylaş:

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.

Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s.) təsvirini vermək tələb olunur.

Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:

Qeyd 1: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Qeyd 2: Yazı işi DİM tərəfindən təqdim olunan diyircəkli qələm vasitəsilə yerinə yetirilməlidir.

Qeyd 3: Xarici dil üzrə həm esse, həm də vizual məlumatın təsviri üzrə yazı işini yerinə yetirmək üçün namizəd və iddiaçılara təqdim olunan A3 ölçülü vərəqlərin son səhifəsi qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər qiymətləndirmədə nəzərə alınmır.