“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin II mərhələsi çərçivəsində maarifləndirici tədbirlər aparılır

Tarix: 26.05.2023
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ-nin Bakı şəhəri üzrə Təhsil İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə əməkdaşlıqda həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin II mərhələsi çərçivəsində maarifləndirici tədbirlər aparılır. Maarifləndirici tədbirlərin əsas məqsədi yaradılan mexanizmin və onun prinsiplərinin məktəbin pedaqoji heyəti, şagirdlər və valideynlər tərəfindən mənimsənilməsini təmin etməkdir.

İlkin olaraq, mentorlar tərəfindən Bakı və Lənkəran şəhərləri, eləcə də Ağcabədi rayonunda, ümumilikdə, layihəyə cəlb olunan 25 yeni pilot məktəbin sinif rəhbərləri və valideynləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı müdavimlər uşaq müdafiəsi və təhlükəsizliyi anlayışı, bu sahədə yaranan narahatlıqların müvafiq həll yolu, prosesdə təhsilverənlərin və valideynlərin rolu haqqında məlumatlara yiyələniblər. Maarifləndirilən sinif rəhbərləri sonrakı mərhələdə məsul olduqları siniflərdə şagirdləri uşaq müdafiəsi və təhlükəsizliyi konsepti və yaradılan mexanizm barədə məlumatlandıracaqlar.

Qeyd etmək vacibdir ki, Zəngilan rayonu Ağalı kənd orta məktəbində sözügedən maarifləndirici görüşlər məktəbin UMT komandası tərəfindən həyata keçirilir.