“Əmək bazarı və onun tənzimlənməsi, texnoloji inkişafın əmək bazarına təsiri” mövzusunda təlim keçirilib

Tarix: 31.05.2023
Paylaş:

31 mayda Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı tərəfindən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Əmək bazarı və onun tənzimlənməsi, texnoloji inkişafın əmək bazarına təsiri” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd təhsilalanları əmək bazarında sürətlə dəyişən texnologiyalar haqqında ətraflı məlumatlandırmaq, rəqəmsal texnologiyalar dövründə öyrənmə fəaliyyətlərini inkişaf etdirməkdir.

Təlimin sonunda şagirdlər arasında test keçirilib.