ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar üçün seminar təşkil edilib

Tarix: 02.06.2023
Paylaş:

2 iyun tarixində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin illik fəaliyyət planına əsasən “Tədqiqat metodları” adlı seminar keçirilib. Seminar 2022-ci ildə ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar üçün nəzərdə tutulub.

Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədli giriş sözü ilə çıxış edərək, müntəzəm olaraq hər ay keçirilən seminarların mahiyyətini vurğulayıb.

Seminarın spikeri institutun direktor müavini, ABŞ-ın Jons Hopkins Universitetinin təhsil üzrə fəlsəfə doktor dərəcəsi alan Ülkər Babayeva mövzu ilə bağlı məruzə edərək, təqdimatla çıxış edib. Təqdimatdan sonra Ülkər Babayeva doktorant və dissertantları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Təhsil İnstitutu hər ay öz sahəsində peşəkar olan tədqiqatçı və mütəxəssislərin iştirakı ilə doktorant və dissertantlar üçün müxtəlif mövzularda seminarlar təşkil edir.