Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilib

Tarix: 03.06.2023
Paylaş:

3 iyun tarixində Bakı, Gəncə, Şəki, Sumqayıt, Şirvan və Naxçıvan şəhərlərində, ümumilikdə 5 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilib.

Şagirdlər 7 iyun tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Lütfi Zadə olimpiadasında ən yüksək nəticə göstərən 60, fənn müsabiqələrində isə 42 nəfər qalib hesab olunur.

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumtəhsil müəssisələrinin V sinif, Məktəblilərarası fənn müsabiqələri isə VI,VII sinif şagirdləri arasında təşkil olunur.