Məktəblilərimiz Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Tarix: 05.06.2023
Paylaş:

Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi tərəfindən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. Müsabiqədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 30-a yaxın şagird iştirak edib.

Beynəlxalq olimpiadanın 1-ci mərhələsi mayın 31-də, ikinci mərhələsi isə iyunun 1-də keçirilib. 4 məktəbli ilə yarışda təmsil olunan komandamızın bütün üzvləri adlarını qaliblər siyahısına yazdırıb.

Belə ki, TDV (Türk Dəyanət Vəqfi) Bakı Türk Liseyinin 8-ci sinif şagirdi Zəhra İbişova gümüş, Kimya-biologiya təmayüllü Respublika liseyinin 8-ci sinif şagirdi Rəfiqə Qəmbərova bürünc, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Davud Tarverdili bürünc, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Fərhad Hüseynov isə bürünc medal qazanıb.