238, 242, 260, 265 və 276 nömrəli tam orta məktəblərdə MİP-in yazılması istiqamətində görüşlər təşkil edilib

Tarix: 08.06.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planının (MİP) yazılmasına dəstək məqsədilə 10 yeni məktəbdə fəaliyyətlərini davam etdirir.

Bu məqsədlə 5-7 iyunda 238, 242, 260, 265 və 276 nömrəli tam orta məktəblərdə MİP-in yazılması istiqamətində görüşlər təşkil edilib.

Görüşlərin əsas məqsədi məktəblərin MİP komandaları ilə birlikdə inkişaf planının yazılmasına dəstək göstərməkdir.

Görüşlər zamanı məktəbin inkişafına təsir edən daxili (güclü, zəif tərəflər) və xarici (imkanlar, risklər) faktorlar təhlil edilib, prioritet inkişaf istiqamətləri müəyyən olunub. Bununla yanaşı, “SWOT” analizin nəticəsinə əsasən, MİP-in yazılması üçün lazımi tövsiyələr verilib.