Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turunun nəticələri elan edildi!

Tarix: 08.06.2023
Paylaş:

Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turunun nəticələri elan edildi!

Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.

Nəticələrlə bağlı müraciətlər 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Təhsil İnstitutu (office@arti.edu.az) tərəfindən qəbul edilir.

Bildiririk ki, Lütfi Zadə adına məntiq olimpiadasında ən yüksək nəticə göstərən 60 nəfər, Məktəblilərarası fənn müsabiqələrində isə ən yüksək nəticə göstərən 42 nəfər qalib hesab edilib.

Qeyd edək ki, Fənn müsabiqələrində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ əldə edirlər. Bunun üçün həmin şagirdlər 20 iyun 2023-cü il tarixinə qədər Azərbaycan Respublikasının Təhsil İnstitutuna ərizə ilə müraciət etməlidirlər.