“Emosional intellektin inkişaf etdirilməsinin tədrisdə rolu” mövzusunda vebinar keçiriləcək

Tarix: 09.06.2023
Paylaş:

ARTİ tərəfindən təhsilverənlərin sertifikatlaşdırılma prosesinə dəstək məqsədilə 14 iyun tarixində saat 17:00-da “Emosional intellektin inkişaf etdirilməsinin tədrisdə rolu” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində ARTİ MDPİM Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova çıxış edəcək.

Qeyd edək ki, Aynur Rüstəmova Azərbaycan dili və ədəbiyyat və Metodika üzrə mütəxəssis, dərslik müəllifi, dərsliklərin qiymətləndirilməsi üzrə ekspertdir. O, 2009-cu il “İlin ən yaxşı müəllimi” nominasiyası üzrə qalib olub, 2014-cü ildə isə “Tərəqqi medalı”na layiq görülüb.

Vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.