12 iyun tarixindən Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzində İnsan resursları mərkəzinin yeni xidməti istifadəyə verilib.
Vətəndaşlar sözügedən mərkəzə yaxınlaşmaqla İnsan resursları mərkəzinin aşağıda qeyd edilmiş fəaliyyət istiqamətlərinə uyğun müraciətlərini ünvanlaya bilərlər:
– müəllimlərin işə qəbulu;
– müəllimlərin iş yerinin dəyişdirilməsi;
– məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu;
– təhsilverənlərin sertifikatlaşdırılması.
Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109,
https://goo.gl/maps/EwViaX7gEyQrBo3n8