Türkiyənin İstanbul şəhərinin Bahçeşehir Universitetində fizika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə kamp təşkil edilir

Tarix: 12.06.2023
Paylaş:

6-16 iyun 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Bahçeşehir Universitetində hazırlıq kampı təşkil edilir. Kampın təşkil edilməsində əsas məqsəd şagirdlərin aşağıda adı qeyd edilən olimpiadalara hazırlıq dərsləri keçməsidir.

Belə ki, 16-20 iyun 2023-cü il tarixlərində Almaniyanın Hannover şəhərində Avropa Fizika olimpiadası (Eupho 2023), 10-17 iyul 2023-cü il tarixlərində isə Yaponiyanın Tokyo şəhərində IPHO (Beynəlxalq Fizika Olimpiadası) olimpiadası keçiriləcək.