Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri STEAM İnnovasiyalar Mərkəzini ziyarət ediblər

Tarix: 14.06.2023
Paylaş:

Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura səviyyəsində ikili diplom proqramının tələbələri STEAM İnnovasiyalar Mərkəzini ziyarət ediblər.

Dizayn təfəkkürü dərsinin prototip hazırlama və test etmək mərhələsi əyani şəkildə robotlardan istifadə olunaraq təşkil olunub. Tələbələr səfər çərçivəsində mərkəzin imkanları ilə yaxından tanış olublar.