ARTİ tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirilən “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində 10 region üzrə 22 ümumi təhsil müəssisəsində inklüziv təhsil tətbiq olunur. Bu təhsil müəssisələrində 50 qız və 112 oğlan olmaqla, ümumilikdə, 162 əlilliyi olan şagird 2022/2023-cü tədris ilini müvəfəqqiyyətlə başa vurub.