Şagird qəbulu mərkəzləşdirilmiş üsulla aparılan bir sıra lisey və gimnaziyaların 6-cı sinfinə qəbul imtahanları keçirildi

Tarix: 18.06.2023
Paylaş:

17 iyunda şagird qəbulu mərkəzləşdirilmiş üsulla aparılan bir sıra lisey və gimnaziyaların 6-cı sinfinə qəbul imtahanları keçirildi.

İmtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı bir sıra bölgələrdə, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərləri və Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz rayonlarında, ümumilikdə 33 mərkəzdə təşkil edildi. Şagirdlər 23 iyun tarixindən etibarən sy.edu.az platforması üzərindən şəxsi kabinetlərindən nəticələrini əldə edə və müvafiq keçid balını toplayacaqları təqdirdə lisey/gimnaziya seçimi edə bilərlər.