Doktorantlar və gənc tədqiqatçılar üçün onlayn infosessiya təşkil olunacaq

Tarix: 21.06.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2023-cü il noyabrın 10-11-də doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını keçirir.

NASCO-nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Təhsil İnstitutu tərəfindən konfransa müraciət qaydalarını ətraflı şəkildə izah etmək və mövcud sualları cavablandırmaq məqsədi ilə 25 iyun 2023-cü il saat 15:00-da doktorantlar və gənc tədqiqatçılar üçün onlayn infosessiya təşkil olunacaqdır.

Sözügedən konfrans haqqında qeyd olunmuş keçiddən (https://shorturl.at/cstNR) ətraflı məlumat əldə edə bilərsiniz.

İnfosessiyada iştirak etmək üçün qeydiyyat formasına keçid: https://forms.office.com/r/FuUkLmp9sM

Sözügüdən onlayn infosessiyada iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan keçmiş şəxslərə onlayn infosessiyaya qoşulmaq üçün elektron poçt vasitəsi ilə 24 iyun 2023-cü il tarixində keçid göndəriləcəkdir.