Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Lənkəran şəhərində keçirilən təhsilverənlərin sertifikatlaşdırma prosesinin imtahan mərhələsini izləyib

Tarix: 22.06.2023
Paylaş:

İyunun 22-də Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə keçirilən ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin gedişatını Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov izləyib.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!