Təhsil İnstitutu Məktəbin İnkişaf Planının yazılmasına dəstək məqsədilə fəaliyyətlərini davam etdirir

Tarix: 22.06.2023
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planının (MİP) yazılmasına dəstək məqsədilə fəaliyyətlərini davam etdirir.

Bu məqsədlə 21 iyunda 91, 159, 238 və 284 nömrəli tam orta məktəblərdə Məktəbin İnkişaf Planının yazılması istiqamətində görüşlər təşkil edilib. Görüşlərin əsas məqsədi məktəblərin MİP komandaları ilə birlikdə inkişaf planının yazılmasına dəstək göstərməkdir.

Görüş zamanı Məktəbin İnkişaf Planınında öz əksini tapan fəaliyyətlər müzakirə olunub və yekun təkmilləşdirilmə üçün məktəbin MİP komandasına təqdim olunub.

3 illik dövrü əhatə edən MİP Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya hesabatı və məktəbin pedaqoji, inzibati heyətinin təlim ehtiyaclarına uyğun şəkildə hazırlanıb. İnkişaf istiqamətlərinə heyətin peşəkar inkişafı, şagird və valideynlərlə işin təşkili daxildir.

Qeyd edək ki, ARTİ MDPİM tərəfindən növbəti günlərdə də digər məktəblərə MİP-in təqdim edilməsi planlaşdırılır.