Riyaziyyat üzrə Avropa kuboku Avropanın hər yerindən orta məktəb şagirdləri üçün hər il keçirilən beynəlxalq riyaziyyat yarışıdır. Bu il 11-ci dəfə təşkil edilən müsabiqədə məktəblilərimiz 2-ci dəfə iştirak edir. Müsabiqənin sualları cəbr, həndəsə, ədədlər nəzəriyyəsi və kombinatorika daxil olmaqla, geniş spektrli riyazi bacarıq və bilikləri yoxlamaq üçün nəzərdə tutulub. İştirakçılar uğur qazanmaq üçün həmçinin problem həll etmə bacarıqlarını, yaradıcı və məntiqli düşünmək qabiliyyətlərini nümayiş etdiriblər.
Müsabiqənin nəticələri (https://emc.mnm.hr/competition/results/) iyun ayında elan edilib və məktəblilərimizin qazandığı nailiyyətlər aşağıdakı kimidir.
|
|
||
1. |
Cəlil Hüseynov |
Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey |
birincilik diplomu |
2. |
Səid Bəkirov |
Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey |
birincilik diplomu |
3. |
Nicat Vəliyev |
Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına lisey |
ikincilik diplomu |
4. |
Fərrux Əsədov |
Bakı şəhəri, 160 nömrəli Klassik Gimnaziya |
ikincilik diplomu |
5. |
Telman Məmmədov |
Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi |
üçüncülük diplomu |
6. |
Fidan Cəfərli |
Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi |
üçüncülük diplomu |
7. |
Anar Mehdiyev |
Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey |
üçüncülük diplomu |
8. |
Fidan Qarayeva |
Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey |
üçüncülük diplomu |
9. |
Sevinc Mahmudova |
Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi |
həvəsləndirici mükafat |
10. |
Fərid Hacızadə |
Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi |
həvəsləndirici mükafat |
11. |
İbrahim Kərimli |
Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi |
həvəsləndirici mükafat |
12. |
Safura Ramizqızı |
Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi |
həvəsləndirici mükafat |
13. |
Xəyal Əliyev |
Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi |
həvəsləndirici mükafat |